GündəmManşet

Robert Koçaryan: “Naxçıvana nəqliyyat dəhlizinin açılmasına Rusiya imkan vermir”

“Azərbaycanın Ermənistan üzərindən Naxçıvana nəqliyyat dəhlizi açmaq cəhdləri və arzusunun qarşısını alan əsas faktor Rusiyanın ölkəmizdəki hərbi varlığıdır”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlərin Ermənistanın sabiq prezidenti Robert Koçaryan deyib.

O, Azərbaycanın Sünik vilayətini “ələ keçirməsi”ni nəzəri baxımdan mümkün hesab edir. Lakin bildirir ki, buna əngəl olan əsas səbəb Rusiya və Ermənistan arasındakı ikitərəfli müqavilədir. “Mənim KTMT-dən gözləntilərim elə də çox deyil. Bunu açıq şəkildə deyirəm. Ermənistan hakimiyyəti KTMT ilə münasibətlərimizi pozmaq üçün hər şeyi edib. Təkcə, Xaçaturovun həbs edilməsi hər şeyi deyir. Bəli, ikitərəfli münasibətlər baxımından Azərbaycanın KTMT ölkələri ilə əlaqələri çox yaxşıdır. Düzdür, Rusiya bu təşkilatın əsas güc mənbəyidir. Lakin qərarlar kollektiv verilir”.

Ermənistanın eks-prezidenti baş nazir Nikol Paşinyanın onun ünvanına səsləndirdiyi “Koçaryan 1999-cu ildə Mehrini Azərbaycana vermək istəyirdi” ittihamına da cavab verib. “Paşinyan köpük effekti yaradır. Bu adam mümkün olan hər şeyi verib. Əgər nələrsə qalıbsa, bunun üçün Rusiyaya minnətdar olmalıyıq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button