ManşetMedia

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 7 otağı 96 min manata təmir edəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ötən həftə yeni tenderin nəticəsini açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, “İnzibati binanın cari təmiri işlərinin satın alınması” kateqoriya üzrə keçirilən tenderin qalibi “ONE SOLUTION” MMC olub.

Sözügedən MMC ilə bağlanılmış satınalma müqaviləsinə əsasən nazirlik 7 otaqda cari təmir işləri həyata keçirəcək və bunun üçün 96.422,56 manat xərcləyəcək.

Bu təmirə otaqların divarlarının çapılmasından tutmuş, yeni parketin vurulmasına qədər bir sıra proses daxildir. Bundan başqa, tavanın və su qovşaqlarının da yenilənməsi nəzərdə tutulub. Yalnız bir əlavə var ki, nazirliyin binasının ikinci mərtəbəsin su-sanitar qovşağı da təmir olunacaq.

Qeyd edək ki, 7 otağın təmiri üçün 96 min manat böyük bir rəqəmdir. Həmin vəsaitə Bakıda torpaq sahəsi də daxil olmaqla, ümumu sahəsi 200 kvadrata yaxın iki mərtəbəli evi tam inşa edib, təmir etmək mümkündür.

Maraqlıdır, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi niyə məhz 7 otağın təmirini nəzərdə tutub? İkinci mərtəbədə nazirliyin hansı rəsmi şəxsi əyləşir ki, belə konfort fikrinə düşüb? Və təmir üçün reəqəmlər niyə bu qədər şişirdilib?

Hər halda bu sualların cavabı bizdə yox, nazirlikdədir. Onların isə bu suallara cavab verib, verməyəcəyi naməlumdur. Biz isə öz növbəmizdə RİNN-in mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button