ManşetÖlkə içi

Qarabağdakı separatçılar “parlament seçkiləri” keçirmək istəyirlər

Xəbər verildiyi kimi, dünən rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağın bir neçə kəndində qanunsuz olaraq seçkilər keçirilib. JAMAZ.İNFO xəbər verir ki, həmin “seçki”lər yerli özünüidarəetmə orqanlarının müəyyən edilməsi məqsədi daşıyıb.

Bildirək ki, Xaçmaç, Qarqar, “Tasaxaşt” və “Nor Kazançi” kəndlərində keçirilən “seçki”lərdə iştirakı sayının 56 faiz olduğu deyilir. Bundan başqa, bu “seçki” zamanı 4 “bələdiyyə sədri” və 28 “bələdiyyə üzvü”nün kimliyi məlum olub.

JAMAZ.İNFO xəbər verir ki, Qarabağda qanunsuz fəaliyyət göstərən “Ədalət Partiyası” bununlıa bağlı bəyanat yayaraq, bu “seçki”lərin onlar üçün əhəmiyyətli olduğunu bildiriblər. “Dünən Qarabağda 4 icmada keçirilən yerli seçkilər sona çatdı və bu, Qarabağ Respublikasının mövcudluğunun dönməz bir həqiqət olduğunu bir daha sübut etdi”.

“Partiya”nın bəyanatında o da deyilir ki, proses bununla yekunlaşmayacaq və Xankəndidəki qondarma “hökumət” digər icmalarda da “seçkilər” keçirməyi qərarlaşdırır. “Bundan sonra isə özündə güc və siyasi iradə taparaq, konstitusiya islahatlarını – milli seçkiləri təşkil edəcək”.

Qeyd edək ki, Qarabağdakı separatçıların bu qanunsuz hərəkətlərinə rəsmi Bakı tərəfindənm heç bir reaksiya verilməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button