ManşetSiyasət

Qarabağa gəlmək istəyənlər Azərbaycandan viza almalı olacaqlar – Moskva anlaşması

Qarabağdakı rus sülhməramlılarının rəhbəri Rütəm Muradov Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyana məktub göndərib. Həmin məktubda Muradov erməni tərəfinin diqqətinə çatdırıb ki, bundan sonra Qarabağ ərazisinə yalnız 10 noyabr bəyanatını imzalamış ölkələrin vətəndaşları daxil ola bilcəklər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın kürəkəni və bu ölkənin Vatikandakı keçmiş səfiri Mikael Minasyan məlumat yayıb.

O bildirib ki, fransız nümayəndə heyətinin başına gələnlərdən sonra ünvanlanan məktubda başqa mətləblərə də toxunulub. Onun sözlərinə görə, Muradov hər hansı bir anlaşılmazlığın yaranmaması və yeni əmr gələnə kimi, bu qaydayla hərəkət edəcəklərini yazıb. “Arutyunyana yazılan məktubda qeyd edilir ki, Qarabağa yalnız 10 noyabr bəyanatını imzalamış ölkələrin vətəndaşları daxil ola biləcəklər. Rus sülhməramlıları artıq bununla bağlı qərar qəbul edib. Bundan başqa, orada 11 yanvar Moskva görüşündə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında şifahi razılaşmanın əldə olunduğu qeyd olunub”.

Minasyan qeyd edib ki, bundan sonra Qarabağa Laçın dəhlizi ilə yalnız Ermənistan və Rusiya vətəndaşları daxil ola biləcəklər. Digər ölkələrin vətəndaşları, habelə xaricdə yaşayan ermənilər isə Azərbaycanda icazə alaraq, Qarabağa gələ biləcəklər. “Mən Nikolu dəstəkləyən hər kəsi, xüsusən diasporanı belə biabırçılığa görə təbrik edirəm. Xaricdə yaşayan ermənilərin Qarabağa gəlmələri üçün Azərbaycan səfirliklərinə müraciət edib, viza almalarında uğurlar arzulayıram”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button