ManşetSosial

Qarabağ erməniləri iki gündür işıqsız qalıb: “Arayik bizdən intiqam alır”

Fevralın 25-dən etibarən Xankəndi, Ağdərə, Xocavənd və Əsgəran ərazilərində elektrik enerjisi verilişi dayandırılıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Qarabağdakı separatçıların nümayəndəsi Vaqram Poqosyan məlumat verib.

Onun sözlərinə görə, dünən saat 16-17:00 radələrindən etibarən təkcə, kəndlərə deyil, bütün şəhərlərə də elektrik enerjisi verilməyib. Məlumata görə, Qarabağdakı elektrik stansiyalarında ciddi problem yaranıb, birində isə qəza baş verib.

JAMAZ.İNFO xəbər verir ki, Qarabağdakı separatçılar o fikirdə deyillər ki, elektrik enerjisinin kəsilməsi təkcə, hansısa stansiyanın sıradan çıxması ilə bağlıdır. Onların sözlərinə görə, bu, daha çox Ermənistanda baş verən proseslərlə əlaqəlidir. Separatçılar hesab edirlər ki, Ermənistanda siyasi proseslər gücləndikcə və daha ciddi hadisələr yaşanan zaman Qarabağa elektrik enerjisinin verilməsi dayandırlır. Onlar belə halların bir neçə dəfədir baş verdiyini vurğulayırlar.

Qeyd edək ki, hazırda rus sülhməramlılarının nəzarətində olan Qarabağ ərazisində havanın temperaturu -7-10 dərəcə təşkil edir. Şaxtalı havanın martın ortalarına kimi davam edəcəyi gözlənilir. Elektrikin olmaması səbəbində evlərin qızıdırlmasında da problemlər yaranıb.

Maraqlı məqamlardan biri odur ki, Qarabağda məskunlaşmış sıravi ermənilər elektrikin olmaması ilə bağlı başqa fikirdədirlər. Onlar deyilər ki, bunun iki səbəbi ola bilər. Birinci səbəb, müharibənin yenidən başlayacağıdır. Bu qənaətə haradan gəldikləri məlum deyil. Aydın olan odur ki, qorxu hissləri var.

İkincisi səbəb isə Arayik Arutyunyan onları cəzalandırmasıdır. Cəzalandırmanın açıqlaması isə ondan ibarıtdir ki, Arayik Ermənistan ordusunu dəstəklədiyini bəyan etsə də, Qarabağ erməniləri bundan imtina ediblər. Onlar Arutyunyanın dəstəyini xəyanət kimi qiymətləndiriblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button