Ermənistanın baş naziri Nikol Paşinyan Britaniyanın “The Telegraph” qəzetinə verdiyi müsahibəsində III Azərbaycan-Ermənistan müharibəsinin olma ehtimalından danışıb. JAMAZ.İNFO xəbər verir ki, baş nazir etiraf edib ki, müharibənin başlaya biləcəyindən qorxur.
O açıqlamasında bildirib ki, Ermənistan özünün müdafiəsi üçün bir sıra addımlar atır və islahatlar həyata keçirir. “Qorxu düzgün söz deyil. Ona görə ki, Ermənistan artıq dayanıqlı bir dövlətdir. Bu illər ərzində göstərdiyimiz müqaviməti hər kəs görüb. Regional sabitliyin pozulmasına və ona doğru atılan addımlara gəlincə, təbii ki, bu, istənilən ağlabatan insanda qorxu yaradır”.