Ermənistan Müdafiə Nazirliyi az öncə Nerkin Hand kəndindəki postda ölənlərin sayını açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, DSX-nın keçirdiyi qisas əməliyyatı zamanı ölən erməni hərbçilərin sayı 4 nəfərə çatıb.
Nazirlik bildirib ki, ölənlərin hamısı Ermənistan Daxili Qoşunlarının əsgərləri olub. Bir nəfər isə yaralanıb. Onun həyatı üçün təhlükə olmadığı qeyd edilib.
Bildirək ki, Azərbaycan Dövlət Sərhəd Xidməti bu səhər Ermənistanla sərhəddə “qisas əməliyyatı” keçirib. Dünən Zəngilan istiqamətində mövqelərimizi atəşə tutan və bir əsgərimizi yaralayan düşmən postu darmadağın edilib. Ermənistan MN-i səhər açıqladığı məlumatda bildirmişdi ki, ölü sayı 2 nəfərdir.