Sərhəddə vəziyyət getdikcə gərginləşir. JAMAZ.İNFO xəbər verir ki, düşmən davamlı olaraq təxribatlara əl atsa da, ciddi itkilər verərək, geri çəkilmək məcburiyyətində qalır.
Gələn son xəbərlərə görə, Ermənistanın baş naziri Nikol Paşinyan erməni xalqına müraciət edərək, hamını silaha sarılmağa çağırıb. O, “Vətən dardadır, onu qorumaq üçün silahlanın” bəyanatını verin.
Bu əsnada, Ermənistan Təhlüksəzilik Şurası təcili olaraq, Rusiyaya müraciət edib. Rəsmi İrəvan Moskvadan hərbi dəstək istəyib.
Qeyd edək ki, az öncə Ermənistan Müdafiə Nazirliyi də itkilərlə bağlı məlumat yayıb. Həmin məlumatda deyilir ki, saat 15:00-a qədər Ermənistan ordusunun daha 4 əsgəri yaralanıb. “Sərhəddə vəziyyət dəyişməyib. Artilleriya, zirehli texnika və müxtəlif çaplı odlu silahların tətbiqi ilə lokal döyüşlər gedir. Həlak olanlar və yaralananlarla bağlı məlumat Ermənistan tərəfi tərəfindən dəqiqləşdirilir. Hazırda 4 yaralının olduğu dəqiq məlumdur”.
Bundan başqa, sözügedən nazirlik daha bir mövqeyini itirdiyini, oradakı hərbçilərlə əlaqələrinin kəsildiyini bildirib.
“Hraparak” qəzetinin yaydığı məlumata görə, bu gün başlayan döyüşlərdə Ermənistan ordusunuin itkilərinin sayı 30 nəfərə çatıb. Qəzet yaralı erməni əsgərlərinin sayının isə həddindən artıq çox olduğunu bildirib.
Bu ərfədə məlum olub ki, atışma səsələri artıq Sisyan şəhərində eşidilməyə başlayıb. Şəhərdə könüllülərdən ibarət dəstələr yaradılır. Həmçinin Ermənistan Müdafiə Nazirliyi mövqeləri qorumaq üçün Sisyana bir alay gətirib.