GündəmManşet

Nikol Paşinyan: “Müharibədə çoxları döyüşdən qaçıb, tankı çuxurda gizlədənlər olub”

“Ermənistan” blokunun deputatı Armenuyi Kürəkyan Ermənistan parlamentində çıxış edərək, 44 günlük müharibədə verdikləri itkilərdən danışıb. JAMAZ.İNFO xəbər verir ki, erməni deputat müharibə zamanı, oktyabr ayında Ermənistan ordusuna cənub istiqamətdə hücum etmə əmri verilib.

O deyib ki, həmin əmrə əsasən Lələ Təpə yüksəkliyi götürülməli imiş. Lakin hücum uğursuz alınıb. “Həmin döyüşdə Ermənistan ordusu həm xeyli sayda canlı qüvvə, həm də hərbi texnika itirib”.

Qeyd edək ki, Kürəkyanın dediyi hücum oktaybr ayında olub. Və Azərbaycan Ordusu ermənilərin hücumunun qarşısını alıb. Erməni tərəfinin etirafına görə, hücumda Ermənistan ordusu 700-1200 nəfərə yaxın hərbçisini itirib.

Məsələ ilə bağlı danışan Ermənistanın baş naziri Nikol Paşinyan isə deyib ki, o, 44 günlük Qarabağ müharibəsi zamanı Lələ-Təpə yüksəkliyini ələ keçirmək barədə əmr verməyib. “Serj Sarkisyanın prezidentliyi dövründə itirdiyimiz yüksəkliyi geri qaytarmaq barədə heç bir söhbət olmayıb”.

O, müharibədə qorxaqlıq və satqınlıq edənlərin olduğunu deyərək, bunu internetdə yayılmış videolardan da görməyin mümkün olduğunu bildirib. “Siz həmin kadrlara baxmaqla, döyüş meydanında kimlərin qaçdığını, döyüşlərdə iştirak etməmək üçün xüsusi olaraq tankları bir çuxura sürüb, gizlətdiyini görə bilərsiz”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button