ManşetSiyasət

Müşahidə missiyasının rəhbəri Azərbaycandan “şikayətçi”dir: “Bizə qoşunların hərəkətini müşahidə etməyə imkan vermirlər”

Azərbaycan-Ermənistan sərhəddində yerləşmiş Avropa İttifaqının müşahidə missiyasının rəhbəri Markus Ritter bölgədə baş verən hadisələrdən danışıb. JAMAZ.İNFO xəbər verir ki, o, Almaniyanın “Deutsche Welle” qəzetinə verdiyi müsahibəsində Azərbaycandan “şikayət” edib.

Ritter qeyd edib ki, bir çox ermənilər missiyanın yerləşdirilməsindən məmnun olsalar da, müşahidəçilər Azərbaycan ərazisinə buraxılmır. “Ona görə də onlar, məsələn, növbəti hücuma hazırlaşan qoşunların hərəkətini müşahidə edə bilmirlər”.

Müşahid missisyasının rəhbəri deyib ki, 2020-ci ildən bəri Ermənistan-Azərbaycan atəşkəs rejimi kövrəkdir və erməni mülki əhali yeni eskalasiyadan qorxur. “Bir çox erməni Azərbaycanın yazda hücuma keçəcəyinə inanır. Bu baş verməsə, missiyamız artıq uğurlu hesab etmək olar”.

P.S. Görünür, Ritterin ya hərbidən xəbəri yoxdur, ya da ağlı azdır. Çünki heç bir ölkə ordusunun harada yerləşdiyi, hərəkət istiqaməti barədə başqa bir ölkəyə məlumat verməz. Azərbaycan da haqlı olaraq öz qoşunları barədə müşahidə missiyasına heç bir məlumat vermir və ərazidə müşahidə aparmalarına şərait yaratmır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button