Manşet

Mövqelərimizin atəşə tutulması Moskvanın göstərişilə həyata keçirilir… – Hərbi ekspert

“Bu hadisələr hamısı Moskvanın göstərişilə həyata keçirilir, onun tərəfindən idarə olunur”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov noyabrın 9-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca məntəqəsindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə məntəqəsi istiqamətindəki mövqelərini və burada yol çəkən mühəndis texnikalarını atəşə tutmasına münasibət bildirərkən deyib:
“Burada heç bir təxribat yoxdur. Bu hadisələr hamısı Moskvanın göstərişilə həyata keçirilir, onun tərəfindən idarə olunur. Atəşkəsin yenidən pozulması da Rusiyanın növbəti hoqqabazlığıdır, suyu bulandırırlar. Yoxsa, ermənilər kimdir ki, başlarını qaldırsın. Üçtərəfli görüşlə bağlı Rusiya əvvəl elan etdi ki, belə bir görüş olacaq. Sonra isə görüşün videoformat şəklində olacağını bəyan etdi. Sonda isə öz yaramazlıqlarından istifadə edərək bildirdilər ki, görüş məsələsi hələ dəqiqləşdirilir. Ermənistanın müdafiə naziri kimdir ki, Azərbaycan Qarabağ bölgəsinə səfər edir? Sadəcə ona Moskvadan dedilər, o da getdi. Karapetyanı məhv etməyimiz daha uğurlu olardı”.
Həmsöhbətimizə görə, bu kimi təxribatlara rəvac verməkdə Kremlin məqsədi yenidən aranı qarışdırmağa hesablanıb:
“Belə təxribatlar bundan sonra da çox olacaq”.
Qeyd edək ki, noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button