ManşetSosial

Mingəçevir Şəhidlər Xiyabanında oğurluq: Şəhid anasının pulqabısı və telefonu oğurlanıb

İki gün əvvəl Mingəşevir Şəhdilər Xiyabanında oğurluq hadisəsi baş verib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Şəhid anası Maya Quliyeva sosial şəbəkələrdə məlumat yayıb.

O bildirib ki, Şəhidlər Xiyabanında Şəhid övladları Əli və İslam Əhmədovların məzarını ziyarət edən Sevinc Əhmədovanın çantası oğurlanıb. “Sevinc Əhmnədova iki gün əvvəl övladlarının məzarını ziyarət etmək üçün Şəhidlər Xiyabanına gedib. Balalarının məzarını təmizləmək istəyərkən dəsmal yumaq üçün uzaqlaşan Sevinc ana çantasını məzarların yanında qoyub. Bu zaman onun çantasından telefon və pul qabı oğurlanıb.  2 balasınıŞşəhid verən ana balalarının şəkilləri, videogörüntüləri, telefonda qalan səsləri ilə nəfəs alır”.

JAMAZ.İNFO xəbər verir ki, hadisə ilə bağlı açıqlama verən DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elşad Hacıyev bildirib ki, oğurluğu törədən şəxsin kimliyi müəyyən olunub. “Hazırda onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir”.

Qeyd edək ki, Əli və İslam Əhmədovlar İkinci Vətən Müharibəsinin elə ilk günündə döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıblar. Hər iki qardaş eyni gündə, sentyabrın 28-ində Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunublar.

Əli Əhmədov 1993-cü ilin yanvarın 5-ində, İslam Əhmədov isə 1994-cü ilin sentyabr ayının 19-unda anadan olub.

Hər iki qardaş subay olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button