DünyaManşet

“Milliyet”: “Səhər saatlarında Ukrayna ordusu lokal hərbi əməliyyatlara başlayıb”

Səhər saatlarından etibarən Ukrayna ordusu Donbas və Luqanski istiqamətində lokal hərbi əməliyyatlara start verib. Artıq bir çox məntəqələrdə ağır artilleriya və avtomat silahların səsləri gəlməyə başlayıb. Atəşin intensiv xarakter daşıması hərbi əməliyyatların başlamasından xəbər verə bilər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Türkiyənin nüfuzlu “Milliyet” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, Ukrayna ilə sərhəddə yüzlərlə tank və S-400 raket sistemləri gətirən Rusiyaya NATO həmləsi ilə cavab verilib. Qəzet iddia edir ki, Ukraynaının Luqansk bölgəsinə NATO ordusunun əsgərləri gətirilib. Rusiya tərəfi də bəyan edib ki, NATO əsgərlərinin döyüş bölgəsinə yaxın ərazidə qərarlaşması ciddi problemdir və onlar üçün təhdiddir. “Rəsmi Kreml NATO əsgərlərinin təhlükəsizliyi üçün heç bir cavabdehlik daşımır”.

Bu əsnada, rus ekspertlərdən biri iddia edib ki, Rusiya Odessa və Mixalyov məntəqələrini işğal etmək üçün “Normandiya əməliyyatına” bənzər bir əməliyyat həyata keçirməyi planlaşdırır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button