ManşetSosial

Kürdəxanıda insanlar faciə ilə üz-üzə: Dəmir Yol İdarəsi insanların həyatı ilə oynayır- FOTO

Azərbaycan Dövlət Dəmiryolları İdarəsi (ADDYİ) insanların həyatı ilə oynayır. JAMAZ.İNFO xəbər verir ki, idarəyə məxsus dəmiryol xəttinin Kürdəxanı sahəsində hər an faciə baş verə bilər.

Həmin ərazidə yaşayan rəssam və ADMİU-nin müəllimi Bayram Qasımxanlı bununla bağlı foto paylaşıb. O bildirib ki, dəmiryolunun Kürdəxanı sahəsində iki elektrik dirəyi torpaq çökməsi nəticəsində havadan asılı qalıb. “Beton elektrik dirəklərini saxlayan torpaq, çökdüyü üçün dirəklər havadan asılı qalıb. Onları yalnız naqillər qoruyur”.

Sözügedən şəxs yazıb ki, dəfələrlə bununla bağlı ADDYİ-yə müraciət etsələr də, nəticə yoxdur. “Bu barədə Dəmir Yolları İdarəsinə yazılı məlumat vermişik. Amma gəlib, baxan yoxdur”.

Sakinlər Tribunainfo.az-a bildiriblər ki, əgər həmin dirəklə aşarsa, bu təkcə dəmiryolu ilə hərəkət edən qatarların işini əngəlləməyəcək, həm də faciəyə səbbəb olacaq. “Ərazidə evlər var. İnsanlar yaşayır. Dirəklər aşarsa, ətrafa çəkilmiş məftil hasarlar elektrik almış olacaq ki, bu da ehtiyatsızlıqdan faciələrə səbəb ola bilər. Çünki hər gün oradan yüzlərlə insan hərəkət edir”.

ADDYİ rəsmiləri isə məsələyə münasibət bildirmək bir kənara, mümkün faciənin qarşısını almaqda da səhlənkarlıq edirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button