ManşetSosial

Küçədə döyülən qadını müdafiə edən Qazi qətlə yetirildi

Avqustun 15-i saat 01 radələrində paytaxtın Nəsimi rayonu, 3-cü Alatava ərazisində 1998-ci il təvəllüdlü Niyaməddin Muradovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumatda deyilir ki, aparılmış araşdırmalarla 1999-cu il təvəllüdlü Bəxtiyar Qarayevin aralarında yaranmış mübahisə zamanı əvvəldən tanımadığı Niyaməddin Muradovun döş qəfəsinin sol yarısına bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Bəxtiyar Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda istintaq tədbirləri davam edir.

Bu əsnada, hadisənin bəzi detalları üzə çıxıb. JAMAZ.İNFO sosial şəbəkələrdə yayılan məlumata istinadən xəbər verir ki, Niyaməddin Muradov naməlum kişinin qadının əlindən telefonunu alaraq onu döyməsinin şahidi olub. Qeyd edilir ki, Muradov kişinin bu əməlinin qarşısını alan zaman ürəyindən bıçaqlanıb. N.Muradov hadisə yerində ölüb. Cinayət əməlini törədən şəxs saxlanılıb.

Həmin məlumata görə Niyaməddin Muradov 44 günlük Vətən müharibəsi iştirakçısıdır.  O, “Qubadlının azad olunmasına” görə medalı ilə təltif edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button