ManşetSiyasət

“Kommersant”: “Moskvada iki sənəd imzalanacaq”

Rusiyanın nüfuzlu “Kommersnat” qəzeti Moskvada bu gün keçirilən Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının görüşündə iki sənədin imzalana biləcəyini iddia edib. JAMAZ.İNFO xəbər verir ki, rus nəşri həmin sənədlərdən birinin Azərbaycan və Ermənistan arasında nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası ilə bağlı olacaq.

Qəzet yazır: “Moskva ümid edir ki, bu görüşdə ən azı iki sənəd qəbul ediləcək. Həmin sənədlərin razılaşdırılması üçün mayın 24-dən indiyə qədər Azərbaycan və Ermənistan XİN rəsmiləri arasında danışıqlar gedir. Həmin razılaşmaya əsasən Bakı və İrəvan nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsinə dair protokol imzalanacaq. İkinci sənəd isə Azərbaycan, Rusiya və Ermənistanın birgə bəyanatından ibarətdir”.

Xatırladaq ki, Ermənistanda nəşr olunan “Hraparak” qəzeti İrəvan hökumətindəki mənbələrinə istinadən xəbər yayıb ki, Moskva görüşündə Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınmasına dair protokol imzalanacaq.

Dünən isə JAMAZ.İNFO olaraq diplomatik mənbələrə istinadən xəbər vermişdik ki, Moskva görüşündə sülh danışıqlarına dair niyyət protokolunun imzalanması da gözlənilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button