ManşetSiyasət

Kılıçla Rubinyan Türkiyədə görüşəcəklər: “Sülh sazişi olarsa, sərhədlər bir ayın içində açılacaq”

Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi müsbət istiqamətdə gedir və sərhədin açılması üçün İrəvanla Bakı arasında sülhün bərqərar olması zəruridir”. JAMAZ.İNFO xəbər verir ki, bu məlumatı Türkiyənin “Sabah” qəzeti diplomatik mənbəyə istinadən yayıb.

Qəzet yazır ki, sülh sazişi imzalansa, bu, bütün regiona təsir edəcək. “Sərhəd bağlanana qədər 1993-cü ildə oradan 40 min ton yük və 140 min insan keçib. Bu gün sərhəd açılsa, bu rəqəm iki dəfə artacaq. Həll məsələləri üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubinyan tezliklə yenidən görüşəcəklər. Görüşün Türkiyədə baş tutacağı gözlənilir”.

Mənbə qeyd edib ki, sərhədin açılması ilə bağlı qərar qəbul edildikdə, Akyaka sərhəd-keçid məntəqəsi 1 ay ərzində işləyə biləcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button