Xəbər verildiyi kimi, bu gün İrəvanda aksiya keçirilib. Aksiyanın təşkilatçısı isə 5165 partiyasıdır. JAMAZ.İNFO xəbər verir ki, sözügedən partiya Ermənistan hökumətindən sərhədlərin delmitasiya və demarkasiyasına dair imzalanması gözlənilən sənədi açıqlamağı tələb edir.
Partiyanın sədri Karin Tanoyan bildirib ki, onlar bu aksiyaları davamlı olaraq həyata keçirəcəklər. Onun sözlərinə görə, bu o vaxta kimi davam edəcək ki, həmin sənəd barədə ictimaiyyətə açıqlama veriləcək. ““Nikol Paşinyan bəyan edib ki, Ermənistan Respublikasının Azərbaycan arasında demarkasiyası və demarkasiyası haqqında” sənəd onun masasındadır. Amma məzmunu gizli saxlanılır. Həmin sənəddə Azərbaycanın Ermənistandan həyati əhəmiyyətli əraziləri, strateji kanal və yüksəklikləri alacağı, habelə Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınacağına dair əsaslı şübhələr var”.
O bildirib ki, buna imkan vermək olmaz.