Bu gün Türkiyənin İstanbul şəhərində müəmmalı cinayət hadisəsi baş verib. JAMAZ.İNFO İhlas Xəbər Agentliyinə istinadən xəbər verir ki, şəhərin məşhur Beşiktaş məhəlləsində yerləşən lüks otellərindən birində 40 yaşlı azərbaycanlı iş adamı Nihad Əliyev aldığı güllə yarasından dolayı xəstəxanaya çatdırılıb. Məlumatda deyilir ki, hadisə bu gecə saat 23:00-da qeydə alınıb. Belə ki, Nihat Əliyev oteldə 6 tanışı ilə gecələyib. Daha sonra 3 qadın tanışı ilə əyləndikdən sonra oteldəki otağına qalxan azərbaycanlı iş adamının üzərində gəzdirdiyi silahla baş nahiyyəsindən atəş açdığı vurğulanır. İHA-nın məlumatına görə, Nihad Əliyev intihara cəhd edib. Xəstəxanaya çatdırılan Nihad Əliyevin vəziyyətinin ağır olduğu deyilir. Bildirilir ki, yerli polis məsələni araşdırmağa başlayıb. İlk olaraq, iş adamı ilə birlikdə otel otağında olan sözügedən 3 qadının dindirilməsi prosesi həyata keçirilib. JAMAZ.İNFO-nun əldə etdiyi məlumata görə isə Türkiyədə yaşayan iş adamı Nihad Əliyev intihara təşəbbüs göstərməyib. Məlumatlı mənbənin iddiasına görə, sözügedən biznesmenə sui qəsd olunub. Hətta İstanbul polisinin bununla bağlı axtarışlara başlayıb. Onun konkret olaraq kimlər tərəfindən sui qəsdə məruz qalması barədə hələlik dəqiq məlumat mövcud deyil. Bilinən odur ki, Nihad Əliyevə kimlərin sui qəsd edə biləcəyi istiqamətində araşdırmalar start götürüb və ilkin izlər müəyyən olunub.