ManşetÖlkə içi

İran yenə aranı qarışdırmağa başladı: “Azərbaycanın dəstəklədiyi cəsus və terrorçu dəstə həbs olunub”

SEPAH-a bağlı “Təsnim” Agentliyi az öncə “eksklüziv” olaraq, xəbər paylaşıb. JAMAZ.İNFO xəbər verir ki, həmin xəbərdə Azərbaycanın mərkəzi rəhbərliyi altında İrana daxil olan bir qrup cəsus və terrorçudan bəhs olunur.

Agentlik iddia edib ki, həmin şəxslər Azərbaycandan İrana keçərək, cəsusluqla yanaşı, bir sıra təxribatlar həyata keçirməyi planlaşdırırmışlar.”Lakin onlar istəklərini həyata keçirə bilməyiblər. Hamısı həbs olunub”.

Sözügedən agentli daha sonra son vaxtlar İrana guya, Azərbaycandan idarə olunan belə qrupların keçdiyini də yazıb. Lakin xəbər agentliyi məsələnin təfərrüatları barədə bilgi verməyib.

P.S. İranla Azərbaycan arasında münasibətlər II Qarabağ müharibəsindən sonra bir xeyli kəskinləşib. Ötən ilin yanvarında isə Səfirliyimizə silahlı basqın, diplomatik əlaqələrin minimuma enməsinə səbəb olub. Lakin Tehran uzun müzakirələrdən sonra Bakı ilə barışıq əldə etməyə yaxın olub. Zəngilandan keçərək, Culfanı birləşdirən və “Araz dəhlizi” kimi təqdim olunan yolun açılması, səfirliyə hücum edən şəxsin edam cəzasına məhkum edilməsi, habelə Astara-Astara dəmir yolu və körpüsünün açılışının həyata keçirilməsi və digər məsələlər gərginliyi bir xeyli yumuşaldıb.

Lakin görünən odur ki, bütün bunların hamısı Tehran tərəfindən görüntü üçün olub. İran molla rejimi isə dinc dayanmayaraq, Azərbaycanı ittiham etmək üçün bəhanələr hazırlamağa başlayıb. Elə “Təsnim”in yaydığ “cəsus və terrorçu” məsələsi də bu qəbildən olandır.

Əvvəla, Azərbaycanın İrana cəsus və terrorçu göndərməsi absurd məsələdir. Ona görə ki, rəsmi Bakı belə addımlar heç vaxt atmayıb və bununla bağlı ortada hər hansı sübut da yoxdur. İkincisi, İran Azərbaycana qarşı bu cür “kart”lardan mütəmadi istifadə etməklə, iki ölkə arasında münasibətləri həmişə gərgin saxlamağa çalışır. Yəni, niyyəti qonşuluq və dostluq münasibəti qurmaq yox, maksimum dərəcədə “yarımdüşmən” mövqeyində qalmaqdır.

Görünən odur ki, yenidən başa dönürük.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button