“İranın hava məkanı Azərbaycan təyyarələri üçün açıqdır”. JAMAZ.İNFO xəbər verir ki, bunu İran XİN-in mətbuat katibi Səid Xətibzadə deyib.
O deyib ki, İranın Azərbaycan təyyarələri üçün hava məkanını bağlaması barədə deyilənlıər həqiqəti əks etdirmir. “Hava sahəsini bağlamamışıq”.
Eyni zamanda, Xatibzadə İranın bir sıra məsələlərlə bağlı narahatlığını dilə gətirdiyini və Azərbaycanın hər şeyi həll edəcəyinə söz verdiyini qeyd edib. “Bizim rəhbər tutduğumuz əsas prinsip qardaş davranışlarıdır”.