
Dünən İrəvanın qədim məhəllələrindən biri olan Sürməlidə yerləşən eyni adlı ticarət mərkəzində baş verən partlayış nəticəsində ölən və yaralananların sayı dəqiqləşdirilib. JAMAZ.İNFO xəbər verir ki, Ermənistan FHN “Sürməli” Ticarət Mərkəzində pirotexnika anbarında baş verən partlayəşdan sonra istinad divarlarının uçduğunu bildirib.
Hadisə nəticəsində 6 nəfərin öldüyü, 61 nəfərin yaralandığı qeyd edilir. Dağıntılar altında insanlardan qalıb, qalmadığı barədə suala nazirlik konkret cavab verməyib. Onlar belə halın mümkünlüyünü istisna etməyiblər.