GündəmManşet

İrəvan rəsmiləri: “Arayik istefa verərsə, Qarabağa maliyyə yardımı dayandırlacaq”

Ermənistan hakimiyyəti Qarabağla bağlı məsələdə yenn tələb irəli sürüb. Həmin tələb Azərbaycana deyil, Qarabağdakı separatçılara ünvanlanıb. JAMAZ.İNFO xəbər verir ki, bu iddia ilə İrəvanda nəşr olunan “Joxovurd” qəzeti çıxış edib.

Qəzet yazır ki, Paşinyan və onun komandası Xankəndidə Arayik Harutyunyanın başda dayanmasını tələb edirlər. Belə ki, onlar Qarabağdakı erməni separatçılarının rəhbərinin mütləq Arayik Harutyunyan olmasını istəyirlər. “İrəvanın tələbi budur ki, əgər Arayik postundan istefa verərsə, Qarabağa ayrılan maliyyə dayandırlacaq. Məsələ ilə bağlı Xankəndi və İrəvanda qızğın müzakirələr gedir. Bu baş verərsə, nə edəcəklərini düşünməyə başlayıblar”.

Qeyd edək ki, rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağdakı erməni separatçıları Arayik Harutyunyanın istefaya çağırırlar. Bu prosesdə ən aktiv tərəf isə Xankəndidə qeyri-qanuni fəaliyyət göstərən “Ədalət Partiyası” hesab olunur. Onlar Arayikin getməsini və yeni “seçkilərin” keçirilməsini tələb edirlər.

Xatırladaq ki, Ermənistan hökuməti 44 günlük müharibədən sonra Qarabağda məskunlaşmış ermənilərin təqaüdlərinin verilməsi, “qaçqın” düşmüşlərin kirayə haqlarının ödənilməsi, sosial lahiyələrin həyata keçirilməsin və tikinti işlərinin aparılması məqsədi ilə 120 milyon dollar pul ayırıb. Rəsmi İrəvan bu pulun 2/3 hissəsinin Qarabağa “kredit” şəklində verildiyini bildirir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button