1990-cı ildən bəri ilk dəfədir ki, Ermənistan hökuməti Müstəqillik Günü ilə bağlı tədbirlərə Xankəndidəki erməni separatçıları dəvət etməyib. JAMAZ.İNFO xəbər verir ki, bu gün keçirilən tərbirdə separatçılar nəinki iştirak ediblər, onları ümumiyyətlə, dəvət etməyiblər.
Özünü “Qarabağın qəhrəmanı” adlandıran Arşavir Karamyan bildirib ki, iki bundan əvvəl Ermənistanda hakimiyyətə gələn kloun dəstəsi Qarabağın “müstəqilliyi”nə hörmətsizlik edib. “İndiyə qədər bunu gizli şəkildə edirdilərsə, artıq kloun yığını bunu açıq şəkildə etməyə başlayıblar. İlk dəfədir ki, Qarabağdan Ermənistanın müstəqillik günü ilə bağlı tədbirlərə qatılan olmayıb. Çünki dəvət edilməyiblər”.