Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Azərbaycan baş nazirinin birinci müavini Şahin Mustafayevə görüş üçün müraciət edib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Armenpress”ə baş nazirin müavininin ofisindən bildirilib.
Məlumatda deyilir ki, Qriqoryan Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyaların iclasının keçirilməsini təklif edib. “Təklifin məqsədi xüsusilə Ermənistan-Azərbaycan sərhədində gərginliyə səbəb olan cari problemli məsələləri müzakirə etməkdir”.