“Baxmayaraq ki, Azərbaycan torpaqları uzun illər ərzində – 30 ilə yaxın Ermənistanın işğalı altında idi, bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdü”. JAMAZ.İNFO APA-ya istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev litvalı həmkarı ilə mətbuata birgə bəyanatı zamanı deyib.
“Ərazilərimizin təxminən 20 faizi işğal altında idi və işğal edilmiş ərazilərdə, demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb. Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır və çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir”, – Prezident vurğulayıb.