ManşetSosial

İki üçəm atası çarəsiz vəziyyətdədir: Sahil Babayevin nazirliyi qanuna niyə əməl etmir?

Lənkəran sakini Məmmədov Nihat Xaləddin oğlu çıxılmaz durumdadır.

Jamaz.info xəbər verir ki, hər iki valideyn himayəsindən məhrum olan, uşaq evində böyüyən Nihat, həm də 2 üçəm olmaqla 6 uşaq atasıdır. Yəni, hər dəfə üçəm olmaqla 6 qız atası olub. Lakin indiyə qədər nə özünə iş tapa bilir, nə də dövlət tərəfindən ona hər hansısa yardım edilir. Nihat bildirir ki, fəhlə işləməklə ailəsini birtəhər dolandıra bilir. Lakin qazancı üçəmlərin normal qidalanmasına belə yetmir. Ona görə də, bir çox dövlət qurumlarına üz tutmaq məcburiyyətində qalıb. Qeyd edək ki, iş və ailə vəziyyəti ilə əlaqədar Lənkəran şəhər İcra Hakimiyyətində bir neçə dəfə qəbulda olub. Lakin İcra Hakimiyyətindən bildiriblər ki, onlarda Nihat üçün hər hansı iş yoxdur. Bundan sonra üçəmlərin atası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli strukturlarına həm işlə təmin olunmaq, həm də ünvanlı sosial yardım almaq üçün müraciət edib. Dövlət Məşğulluq Agentliyinin Lənkəran şöbəsindən də onu əliboş qaytarıblar. Uyğun iş olmadığını deyiblər. Ünvanlı sosial yardım üçün isə müraciətinə cavab olaraq deyiblər ki, bunun üçün Nihatın rəsmi iş yeri olmalıdır. Beləliklə, 6 uşaq atası çarəsiz qalıb. Nə edəcəyini də bilmir.

Bəs, qanun nə deyir? Nihat Məmmədov ünvanlı sosial yardım ala bilərmi?

6 uşaq atası üçün qanunda hansı hallar və güzəştlər nəzərdə tutulub?

Azərbaycan Respublikası Prezidentinin son sərəncamına əsasən ailədə 5 və daha artıq uşaq olarsa, dövlət heç bir şərt olmadan hər bir uşağa 105 manat müavinət verməlidir. Bunun üçün yaşadığı ərazi üzrə Dövlət Sosial Müdafiə Fonduna müraciət etməli, müvafiq sənədlər təqdim olunmalıdır. Bundan başqa, ailədə 8 yaşdan aşağı uşaq (uşaqlar) olduğuna görə, anadan hardasa işləmək tələb olunmur. Özü isə işsizlik sığortası aldığı üçün işləyən (maaş alan) hesab edilir. Ailədə adambaşına düşən minimum əmək haqqı məbləği (təxminən 240-265 azn arası hər adama) ailənin sayına vurulur. Alınan məbləğdən ailənin gəlirləri (atanın sığorta maaşı) çıxılır və alınan məbləğ həcmində sosial müavinat verilir.

Maraqlıdır, qanunda bunca məqamlar xüsusi olaraq göstərildiyi halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi niyə Nihat Məmmədovun probleminə biganə yanaşır?…

Qeyd edək ki, sözügedən nazirlik, son illər ən çox şikayət edilən, narazılıq yaradılan quruma çevrilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button