
Qubanın icra başçısı Ziyaəddin Əliyevə məxsus avtomobil qəzaya düşüb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə jurnalist Cəmil Məmmədli məlumat yayıb.
O bildirib ki, Əliyevin maşını qəzaya uğrayanda avtomobildə 4 nəfər olub. Onlardan 3-ü kişi, biri isə qadın olub. “Məlumata görə, sərxoş olublar”.
Məmmədli qeyd edib ki, icra başçısının maşınında qəzaya düşənlər Qubada “28 May” parkında, parkın təmiri adı ilə tikilən, Ziyəddin Əliyevə məxsus “Qızıl Qaya” restoranının işçiləri olublar. “Ölən yoxdur. Lakin ağır yaralılar var. Onlar Quba rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Hadisəni ört-basıdr etməyə çalışırlar”.