GündəmManşet

İcma rəhbəri: “Azərbaycan əsgərinin qarşısında cəmi iki gün dayana bildik”

“Ötən ilin sonunda ən mühüm yüksəkliklər Ermənistanın nəzarətində idi. Hətta müharibə təhlükəsi olsaydı belə, erməni qoşunları Sünik rayonundakı mövqelərini tərk etməməliydilər”. JAMAZ.İNFO xəbər verir ki, bunu Sünikdəki Azərbaycanla sərhəd kəndlərdən biri olan Barzdravanın icma rəhbəri Onik Avaqyan deyib.

O qeyd edib ki, hazırda strateji əhəmiyyət kəsb edən yüksəkliklər Azərbaycanın nəzarətinə keçib. “Belə vəziyyətdə Ermənistan tərəfinin hər hansı addım atması daha çətin olacaq”.

Avaqyan deyib ki, onun icma rəhbəri olduğu kənd də daxil olmaqla, üç kənd faktiki olaraq blokadaya düşüb. Onun sözlərinə görə, hələ ötən ilin sonlarında onlar Sünikdə müqavimət təşkil etməyə cəhd ediblər, lakin onlara icazə verilməyib. “Biz də müharibədə iştirak etdik və bizim üçün hər şey anlaşılmaz idi. Bizə əvvəlcə dedilər – kim harada dayanıbsa, orada da qalacaq. Səngərlər qazdıq, sığınacaqlar tikdik ki, həmin mövqelərdə dayana bilək. Amma bir qədər keçdikdən sonra bizə geri çəkilmək barədə əmr verildi”.

İcma rəhbəri deyib ki, bu qərar, onlar üçün sirr olaraq qalır. “Düzünü desəm, Şurnuxudan olan Hakop Arşakyanla birlikdə heç olmasa, aşağıda nəsə müqavimət göstərməyə çalışdıq. Ancaq iki gün dayana bildik. Bizə başa saldılar ki, bütün müdafiə xətt açıqdır. Əgər orada qalsaydıq, çoxda bizi əsir götürmüşdülər”.

Onik Avaqyan bildirib ki, onlara yalnız həmin gün deyiblər ki, yenidən müharibə təhlükəsi mövcuddur. “Təhdidlərin qarşısını yalnız təhdidlə almaq lazımdır. Onda bütün yüksəkliklər, üstün mövqelər bizim əlimizdə idi. Bu, bizə üstünlük verirdi. Bu mövqelər sayəsində biz istənilən hücumu dayandıra bilərdik. İndi biz bütün bu mövqeləri onlara təslim etmişik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button