DünyaManşet

HƏMAS lideri öldürüldü, İsrail hava məkanını bağladı, Tehran toplantı keçirir

Bu gün səhər saatlarında Tehranda HƏMAS lideri İsmayıl Haniyə öldürülüb. JAMAZ.İNFO xəbər verir ki, hadisənin hansı şəraitdə baş verməsi barədə dəqiq məluma yoxdur.

SEPAH ilkin açıqlamasında bildirib ki, İsmayıl Haniyə Tehranda yerləşən HƏMAS-ın ofisində raket zərbəsi nəticəsində qətlə yetirilib. Lakin İran silahlı qüvvələri bunun PUA ilə endirilmiş zərbə və ya silahlı qrupun əməli kimi hər hansı açıqlama verməyib.

Tribunainfo.az bildirir ki, Haniyənin ölümündən sonra İsrail dərhal hava məkanını bağlayıb. Bunu isə İranın mümkün raket hücumlarından qorunmaq üçün etdiyini açıqlayıb.

Qeyd edək ki, hadisələrin indiki inkişafı Yaxın Şərqdə münaqişənin daha da alovlanmasına, HƏMAS-Hizbullah cütlüyü ilə İsrail arasında toqquşmaların intensivləşməsinə gətirib çıxaracaq. Prosesə İranın da müdaxilə edəcəyi istisna deyil. Tehran bir müddət əvvəl də İsrailə birbaşa hava hücumları təşkil etmişdi.

Bildirək ki, İsmayıl Haniyənin ölümü ilə bağlı iki əsas versiya var. Birincisi, hadisənin İsrail tərəfindən törədilməsidir ki, belə hallar dəfələrlə yaşanıb. İndiyə qədər İsrail kəşfiyyat qurumları İranda bir neçə dəfə sui-qəsd aktları reallaşdırıblar.

İkinci versiya isə hadisənin İranın özü tərəfindən təşkil edilməsidir. Bu da HƏMAS lideri Haniyə ilə İran rejimi arasında son zamanlar münasibətlərdə sərinliklə izah olunur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button