ManşetSosial

Hadrut erməniləri: “Gedib Azərbaycandan kömək istəyəcəyik”

Bu gün İrəvanda Hadrut qəsəbəsindən olan bir qrup erməni etiraz aksiyası keçirib. JAMAZ.İNFO xəbər verir ki, onlar hüquqlarının pozulduğunu, evsiz və pulsuz qaldıqlarını deyib, problemlərinin həll edilməsini tələb ediblər.
Aksiyada maraqlı bir neçə məqam yaşanıb. Belə ki, Hadrut ermənilərindən biri deyib ki, o, artıq yaşaya bilmir və bu səbəbdən də ailəsini götürüb, xaricə getməyioqərarlaşdırıb. “Hər şeyimç Hadrutda qalıb. Nə kömək edən var, nə dəstək verən. Üstəlik, vaxtıyla Hadrutda saxladığım 7 arı pətəyi və 120 donuza görə, məndən vergi tələb edirlər. Ya kömək etsinlər, ya da ailəmi götürüb, xaricə gedəcəm”.
Ən maraqlı məqam isə aksiyada iştirak edən Hadrut ermənilərindən bir neçəsinin işlətdikəri ifadə olub. Onlar deyiblər: “Axırda gedib Azərbaycandan haqqımızı tələb edəcəyik. Bizə başqa yol qoymursunuz. Nə etməliyik? Bizə pul verin. Pul verilməsə, Qarabağdan hamı köçəcək, bir erməni belə qalmayacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button