
General, 1-ci ordu korpus komandiri Hikmət Həsənov minaya düşübmuş. JAMAZ.İNFO xəbər verir ki, bu barədə general Həsənov özü mətbuata açıqlama verib.
O bildirib ki, müharibə zamanı aldığı zədələr səbəbindən hazırda hərbi hospitalda müalicə alır: “10 noyabr 2020-ci il tarixində bağlanan üçtərəfli bəyanatdan sonra, Ağdam şəhərinin qaytarılması əməliyyatı zamanı mənim də olduğum zirehli avtomobil ermənilərin basdırdığı minaya düşdü. Partlayış nəticəsində müxtəlif zədələr aldım və hazırda sistemli olaraq müalicədəyəm”.