ManşetSosial

Ev qiymətinə maşın nömrələri satılır – Qiymətlər

Azərbaycanda fərqli maşın nömrəsi həvəskarı olan sürücülər var. Bu səbəbdən avtomobilinin dövlət nömrə nişanı asan yadda qalan və eyni olan sürücülər onu baha qiymətə satmağa çalışırlar. 
Bəzi avtomobil nömrələrinin qiymətinə paytaxtda villa almaq mümkündür.
Bəs, görəsən bu qiymətə nömrə satanlar kimlərdir və ya nömrələri kimlər satın alır?
Jamaz.info xəbər verir ki, mövzu ilə bağlı Baku.tv-yə açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev, qiymətlərin süni şəkildə şişirdilməsi ilə məşğul olan şəxslərin olduğunu bildirib:
“Onlar qiymətlərin artmasında maraqlıdırlar. Çünki bu işdə qazanc əldə edirlər. Ancaq dövlət tərəfindən müəyyən olunmuş qiymətlər var. Belə dövlət nömrə nişanlarının rəsmi dövlət qiyməti maksimum 2500 azn təşkil edir. Ancaq açıq satış qiymətində bunun dəfələrlə yüksək olduğunu görürük. Alan şəxs də təbii ki könüllü olaraq bunu edir. Qiymətlərin də belə yüksək olması tələb və təkliflə bağlıdır”.
Bəs bu prosedur qanunla necə tənzimlənir?
Dövlət rüsumları belədir:
– 001,002,003,004,005,006,007,008,009 üçün
Müxtəlif seriya olarsa 2000 Manat
Eyni seriya isə 3000 Manat
– 100,200,300,400,500,600,700,800,900
Müxtəlif seriya olarsa 1500 Manat
Eyni seriya olarsa 2000 Manat
– 111,222,333,444,555,666,777,888,999
Müxtəlif seriya olara 1000 Manat
Eyni seriya üçün isə 1500 Manat təşkil edir.
Qeyd edək ki, sadaladığımız rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, avtonəqliyyat vasitələrin üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası daxil olmaqla dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə 30 Manat rüsum tətbiq edilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button