ManşetSiyasət

Ermənistan XİN başçısından Bakıya hədə: “Dəhlizin açılmasının hərbi yolu da var”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dünən AŞPA-nın qış sessiyası çərçivəsində qurumun Xarici Əlaqələr Komitəsində keçirilən müzakirələrdə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, ənənəvi erməni yalanları ilə çıxış edən Mirzoyan, Azərbaycanı dolayısı ilə təhdid etməkdən də çəkinməyib.

Mirzoyanın yalanlarından biri guya, Azərbaycanın Qarabağı “blokada”ya alması, habelə Qarabağdakı “mədəni irsin” dağıdılması ilə bağlı olub. O deyib ki, Azərbaycan Ermənistanla sülh sazişi imzalamaq istəmir, hətta bununla bağlı üç təklif veriblər ki, hamısı Bakı tərəfindən rədd edilib. “Biz üç istiqamətdə danışçıqlar aparmağa başlamışıq. Təklif etrdiyimiz sülh sazişi Bakı tərəfindən rədd edilib. Qarabağ məsələsinin ayrıca müzakirə edilməsi təklifimizi də Azərbaycan qəbul etməyib. Bunu da Qarabağın Azərbaycanın daxili işi olması ilə əsaslandırıb”.

Amma Ermənistanın XİN başçısı Laçın dəhlizi məsələsinə toxunarkən həyasızlığın pik həddinə çatıb. O iddia edib ki, guya, Qarabağda insanlar aclarından ölürlər və bunun qarşısı alınmalıdır. “Biz onların orada aclarından ölməsini seyr edə bilmərik. Ona görə də, təklif edirik ki, BMT-nin mnüvafiq humanitar qurumları Qarabağa getməli və dəstək verməlidir”.

Dəhlizin açılması məsələsinə gəldikdə isə Mirzoyan dolayısı ilə Azərbaycanı təhdid etmək cürətində bulunub. “Laçın dəhlizinin açılmasının iki nəzəri variantı var: hərbi və ya diplomatik. Ermənistan ikinci varianta sadiqdir. Llakin bu, yalnız beynəlxalq birliyin qəti müdaxiləsi, Azərbaycana güclü təzyiqlər və bu istiqamətdə hiss olunan hərəkətlər olduqda mümkündür. İndi hərəkət etmək vaxtıdır. Azərbaycan öz əməllərinə görə cavab verməlidir. Azərbaycana izah edilməlidir ki, hər kəsin əməl etməli olduğu beynəlxalq qaydalar var”.

P.S. Bu küçə uşaqları, qaraçı tayfasının əlinə fürsət düşən kimi, Qərbə, ya da Rusiya qaçıb imdad diləməsi hardasa başadüşüləndir. Lakin onların bu qədər yaramaz, əclaf və həyasız yanaşması heç bir şəkildə qəbul edilən deyil. AŞPA-nın tribunasından “Qarabağda insanlar acından ölür” demək üçün super həyasız, ifrat yalançı və şəxsiyyətini itirmək lazımdır. Əvvəla, dəhliz bağlı deyil. Hər gün onlarla ərzaq dolu yük maşını Ermənistandan Xankəndində maneəsiz gedir. Oradakı ermənilərin də heç biri acından ölmür. Hətta belə bir risk yaranarsa, Azərbaycan onlara lazım olan humanitar yardımı edəcək. Bunu dəfələrlə bəyan edib.

Qaldı, Mirzoyanın hərb məsələsini gündəmə gətirməsinə, diplomatik dildə təhdid etməsinə, bu, ermənilərin hələ də ağıllanmadığı, baş verənlərdən nəticə çıxarmadığını nümayiş etdirir. Axı, Azərbaycana qarşı hansı gücünüzlə döyüşəcəksiz? Hansı silahlarınıza, əsgərinizə güvənirsiz? At tövləsində saxlayıb, sonra da yanaraq ölən əsgərlərinizə? Yoxsa, bir saatın içində 300-dən çox əsgər itirmənizə? Biz hələ bütöv bir briqadanın mühasirəyə düşməsi, məhz Azərbaycan əsgərinin humanist davranması nəticəsində məhv edilmədiyini demirik.

Mirzoyan və onun kimi yanlara başa salmaq lazımdır ki, tarix və mövcud vəziyyət onların haqlı olduğunu göstərmir. Əksinə, haqsız olduqlarını nümayiş etdirir. Bunca qan, bunca düşmənçiliyi bir kənara qoyub, danışıqlar masası arxasına oturmaq lazımdır. Qarabağ heç bir zaman nə müstəqil olacaq, nə də Ermənistanın tərkibində. Bunu unutmalıdırlar. İndi normal qonşuluq münasibətləri barədə düşünməli və addım atmalıdırlar. Bizi nə təhdid etsinlər, nə də bu həytasızlıqlarının bir faydası yoxdur. Qatar artıq gedib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button