AraşdırmaManşet

Ermənistandan növbəti müstəsna həyasızlıq: Azərbaycanı məhkəməyə veriblər

Ermənistan bu gün Beynəlxalq Haaqa Məhkəməsinə Azərbaycandan şikayət edib. JAMAZ.İNFO xəbər verir ki, İrəvanın şikayətdə Azərbaycanın guya, ermənilərə qarşı “nifrət və ayrı-seçkilik” etməsi əsas kimi qoyulub.

Bundan başqa, Ermənistan iddia edib ki, Qarabağın “blokadaya” alınması da həmin “irqçiliyin” “sübutu”dur.

Məlumatda vurğulanır ki, məhkəmə prosesi yavnarın 31-də keçiriləcək.

Qeyd edək ki, bu növbəti erməni həyasızlığıdır. Əvvəla Azərbaycan heç vaxt ermənilərə qarşı nifrət və etnik ayrı-seçkilik etməyib. İndiyə qədər rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan erməniləri Azərbaycan vətəndaşı olaraq qəbul etməyə hazırdır. Eyni zamanda, Qarabağ blokadaya alınmayıb. Əksinə, Azərbaycan oradakı erməniləri separatçılardan xilas etmək, təbii sərvətlərimizin talan edilməsi, habelə terrorçulardan təmizlənməsi üçün addımlar atır. Şuşa-Xankəndi yolunda keçirilən aksiya da buna xidmət edir. Qarabağda isə heç bir humanitar fəlakət baş vermir. Əgər belə bir hal baş verərəsə, Azərbaycan zəruri olan bütün addımları atmağa, ermənilərə ərzaq və dərman göndərməyə hazır olduğunu BMT-nin tribunasından belə bəyan edib.

İrqi və milli ayrı-seçkilikdən ermənilərin danışması absurd olmaqla yanaşı, həm də müstəsna həyasızlıqdır. Bunu o xalq iddia edir ki, onlar Xocalıda bir gecədə 613 azərbaycanlını uşaq, qoca, böyük, qadın demədən qətlə yetiriblər. Həmçinin 3900 azərbaycanlını əsir və girov götürərək, qətlə yetiriblər ki, onlar barəsində bu günə qədər heç bir məlumat vermirlər. Digər tərəfdən, Ağdaban, Qaradağlı faciələrini də onlar törədiblər.

30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan, ərazidə etnik təmizləmə aparan ermənilər olub. Bir şəhərimiz, bir kəndimiz belə salamat qalmayıb. Hamısını dağıdıblar. Ağdamın “Qafqazın Xirosiması” adlandırılmasının da baiskarı ermənilər olub. Bu 30 il ərzində Qarabağda bir azərbaycanlının yaşamasını təsdiq edən bir fakt belə göstərə bilməzlər. Çünki belə bir şey olmayıb. Amma Azərbaycanda bu gün də 30 min erməni yaşayır, onlara hər hansı təzyiq, təhdid yoxdur. Bu necə milli-etnik nifrətdir ki, həmin 30 min erməni rahat şəkildə Azərbaycanda yaşayır? Bu necə etnik-milli nifrətdir ki, Qarabağda hazırda yaşayan ermənilərə qarşı hər hansı bir hərbi addım atılmır? Halbuki Bakının tam haqqı var ki, qanuni ərazilərində fəaliyyət göstərən terrorçuları təmizləmək üçün antiterror əməliyyatlarına start versin.

İndi Ermənistanın absurd bir məsələdən dolayı Azərbaycanı məhkəməyə verməsi, qeyd etdiyimiz kimi, müstəsna həyasızlıqdır. Bunun başqa adı yoxdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button