Ermənistan seçki öncəsi daha bir dəhşətli xəbərlə çalxalanmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, bu dəfə məsələ 44 günlük müharibədə öldürülmüş erməni əsgərləri ilə bağlı müdhiş faktın ortaya çıxmasıdır.
Belə ki, dünən Ermənistanın Abovyan şəhərində yerləşən Vərəm Xəstəxanasının zirzəmisində yüzlərlə erməni əsgərinin meyidi aşkarlanıb. Polietilen torbalara qoyulmuş ölən əsgərlərin meyidlərinin uzun müddət imiş xəstəxananın zirzəmisində olduğu də üzə çıxıb.
Ermənistanda “Alternativ” təşkilatının rəhbəri Narek Mantaşyan özünün sosial şəbəkə hesabında yazıb ki, bu barədə artıq videogörüntü də hazırlanır. Lakin o, ilkin olaraq fotoları paylaşıb. O deyib ki, Abovyan Vərəm Xəstəxanasının zirzəmisində yüzlərlə erməni əsgərinin qalıqları qoyulmuş polietilen kisələr var. Onun sözlərinə görə, hökumət faktı gizlədib. O hakimiyyətə üzünü tutaraq, “Əclaflar, şərəfsizlər, bununla fəxr edirsiz?” deyə bildirib.
Son məlumatlara görə, 44 günlük müharibədə itkin düşmüş erməni əsgərlərin valideynləri Aabovyan xəstəxanasına doğru axın etməyə başlayıb. Onlar meyidlərin onlara verilməsini tələb edirlər. Əraziyə gətirilmiş polis xəstəxanaya giriş-çıxışı bağlayıb və valideynləri əmin etməyə çalışır ki, xəstəxanada erməni əsgərlərinin meyidi yoxdur.
Qeyd edək ki, indiyə qədər Ermənistan Ordusu 5300 əsgərinin öldüyünü təsdiqləyib. Bundan başqa, 900-dən çox əsgərinin hələ də itkin olduğunu bəyan edib. Bundan başqa, Qarabağdakı erməni terrorçularının nəzarətində olan silahlı dəstələr də böyük itkiyə məruz qalıb. İndiyə qədər separatçılar 3900 nəfərin öldüyünü, 1400-ə yaxın terrorçunun isə itkin düşdüyünü bildirib.