CəmiyyətManşet

Ermənistan sərhəddə qoşun yığmasını təsdiqlədi

Xəbər verildiyi kimi, bir qədər əvvəl Azərbaycan Müdfiə Nazirliyi Ermənistan tərəfinin Daşkəsən rayonu istiqamətində sərhəddə qoşun yığması və 4 artllleriya qurğusu yerləşdirməsi barədə məlumat yaymışdı. JAMAZ.İNFO xəbər verir ki, nazirlik bunun Ermənistanın növbəti təxribata əl atmaq üçün hazırlıq görməsi kimi qiymətləndirib. Eyni zamanda bəyan edib ki, əgər belə bir hal yaşanarsa, bütün məsuliyyət Ermənistanın siyasi-hərbi hakimiyyətinin üzərinə düşəcək.

Qeyd edək ki, az öncə Ermənistan Müdafiə Nazirliyi Daşkəsən rayonu istiqamətində əlavə hərbi qüvvə yerləşdirməsi ilə bağlı məlumatı təsdiq edib. Lakin erməni tərəfi ənənsinə sadiq olaraq, bu dəfə də Azərbaycanı “günahkar” çıxarmağa çalışıb. Belə ki, Ermənistan MN-i iddia edib ki, Vardenis istiqamətində artilleriya vasitələrinin yerləşdirilməsi guya, Azərbaycan Silahlı Qüvvələri tərəfindən əlavə qüvvə və vasitələrin hərəkəti və yerləşdirilməsi ilə əlaqədardır. “Azərbaycan tərəfinin bu hərəkəti müəyyən gərginlik yaradıb. Ermənistan tərəfinin Azərbaycanın əlavə artilleriya və zenit vasitələrinin bu zonaya yerləşdirilməsindən sonra atdığı addımlar sırf müdafiə xarakteri daşıyır. Erməni tərəfinin hərəkətləri vəziyyəti gərginləşdirmək məqsədi daşımır və Azərbaycan tərəfi qeyd olunan texnikaları göstərilən istiqamətdən çıxaracağı təqdirdə, Ermənistan tərəfi də əlavə vasitələrini geri çəkəcək. Ermənistan tərəfi bu məsələ ilə bağlı danışıqlara hazırdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button