Ermənistan ordusunun bölmələri Ermənistan-Naxçıvan sərhəddindəki bir neçə vacib mövqeyini tərk etməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Oragir.News saytı məlumat yayıb.
Sayt bildirib ki. Hadisə Sisyan-Naxçıvan sərhəd mövqelərində baş verir. Belə ki, həmin mövqedə uzun illərdir mənzillənmiş erməni qoşunları iki gündür oranı boşaltmağa başlayıblar. “Ordu Datakert və Arevis kəndlərinin bitişik mövqelərindən, həmçinin Ağhotaran və Sartsatun yüksəkliklərindən sakitcə geri çəkilib”.
Sayt onu da iddia edib ki, həmin boşaldılan iki yüksəklikdə artıq Azərbaycan Bayrağı dalğalanır. Digər iki mövqe isə boş qalıb.
Ermənistan Müdafiə Nazirliyi isə məlumatı təkzib edib. Oradan bildiriblər ki, Naxçıvan istiqamətində hər hansı mövqe dəyişikliyi olmayıb.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı hər hansı açıqlama yaymayıb.