ManşetSiyasət

Ermənistan Qarabağdakı hərbi texnikalarını çıxarmağa başladı: Kolon şəklində ərazilərimizi tərk edirlər 

Dünəndən etibarən Ermənistanın Qarabağdakı hərbi birlikləri və hərbi texnikasının çıxarılmasına başlanılıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Hraparak” qəzeti Qarabağdakı separatçıların rəhbərinin “baş müşaviri” Bella Lalayana istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, dünəndən etibarən Qarabağdakı erməni hərbi texnikası Xankəndindən çıxaraq, Şuşa istiqamətinə,oradan da Laçın dəhlizi vasitəsi ilə kolon şəklində Ermənistana yol alıblar. Yerli ermənilər də təsdiq edilər ki, dünəndən etibarən mütəmadi şəkildə hərbi texnikalar Qarabağdan çıxarılır.

Bella Lalayan isə deyib ki, iyulun 20-dən aydın idi ki, Qqarabağdakı qanunsuz hərbi birləşmələr məhv ediləcək. “Bilirdik ki, hərbi texnika, silah və canlı qüvvələr Qarabağdan çıxarılacaq. Bununla da biz aciz və köməksiz vəziyyətə salındıq”.

Hazırda Qarabağda müzakirə olunan məsələ yerdə qalan texnikanın aqibəti, separatçıların əlində hansı sayda və nə kimi texnikaların qalmasıdır. Erməni mediası yazır ki, hazırda əsas sual budur ki, Qarabağda qalan texnika nə qədər müdafiə üçün yararlıdır və ya onların hamısı çıxarılıbmı?

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mətbuata açıqlamasında demişdi ki, müharibə zamanı Qarabağa göndərilən hərbi birliklər və texnika sentyabra qədər çıxarılacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button