
Ermənistan hökuməti İrana istehsal etdiyi Pilotsuz Uçuş Aparatlarını almaq üçün rəsmi müraciət edib. JAMAZ.İNFO xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı, İranın ali dini rəhbərinin baş hərbi köməkçisi general-mayor Yəhya Rəhim Səfəvi bildirib.
O deyib ki, indiyə qədər 22 ölkə İran istehsalı olan hərbi pilotsuz təyyarələrin alınması üçün rəsmi təklif təqdim edib. “İndi İran pilotsuz təyyarələrinin alınmasına namizəd ölkələr Ermənistan, Tacikistan, Serbiya, Əlcəzair, Venesuela və digər ölkələrdir”.