GündəmManşet

Ermənistan müxalifəti Xankəndinə axışır

Xankəndidəki aksiyadan sonra Ermənistan müxalifəti çəyirtkə sürüsü kimi, Qarabağa axışmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, bir müddət əvvəl “Haystan” blokunun üzvləri Xankəndinə gələrək, oradakı separatçılarla görüş keçirmişdilər.

Dünən isə “Şərəfim var” blokunun deputatları Qarabağa gəliblər. Belə ki, Ermənistan parlamentinin üzvləri olan həmin şəxslər Qarabağdakı separatçıların nümayəndələri ilə bir masa arxasında oturublar. Qərara alıblar ki, tezliklə birgə addımlar atsınlar.

Bu çəyirtkə sürüsünün yenidən Qarabağa ayaq açması xeyrə əlamət deyil. Rusiyanın nəzarəti altında olan bu partiyaların Qarabağa gəlişi separatizmi yenidən alovlandırmaq, Xankəndidəki başıboş adamları qızışdırmaqla, qırğına verməkdir. Bu siyasi qüvvələr elə zənn edirlər ki, indi 1988-ci ildir. Bir aksiya, ardından bir dəstə başıpozuğun hərəkətləri, ardından da Rusiyanın verəcəyi dəstəklə yenidən 90-cı illərin əvvəllərindəki imkanları əldə edəcəklər. Bu zavallılar anlamırlar ki, Azərbaycan daha həminki deyil, Ordusu kifayət qədər güclüdür və ermənilərin bu təxribatlarına çox ağır şəkildə cavab verəcək gücdədir. Həmçinin Rusiya da həminki deyil. Onların verdikləri dəstəyin də heç bir mənası olmayacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button