CəmiyyətManşet

Ermənistan-Azərbaycan dövlətlərarası yolun təmirinə başlanılıb

Ermənistanla Azərbaycan arasında hələ sovet vaxtı mövcud olan və iki ölkəni birləşdirən avtomobil yolunun təmiri və inşasına start verilib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistan rəsmiləri məlumat yayıblar.

Həmin məlumata əsasən M-4 adlanan magistral yolun 91-176 km aralığındakı hissə təmir edilir. Həmin yol İrəvan-Göycə-İcevan-Azərbaycan dövlətlərarası avtomobil yolu kimi qeyd edilir. Ermənistanın Tavuş rayonu ərazisindən keçərək, Dilican dərəsinə qədər uzanır. Rəsmi məlumatda deyilir ki, Tavuş rayonu istiqamətində və Dilican dərəsindəki döngələrdə 5 km-lik yolun əsaslı təmirinə başlanılıb. Həmin tikinti işləri M-4 və M-8 magistral yolunun kəsişməsinə qədər davam etdiriləcək.

O da bilidirilir ki, Ermənistan hökuməti yolun təmiri üçün büdcədən 2.5 milyon dollar pul ayrılıb. Yolun ilin sonuna qədər istifadəyə veriləcəyi nəzərdə tutulub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button