ManşetSiyasət

Ermənilər yavaş-yavaş haqqa gəlir: “Türkiyə ilə münasibətlərin bizə xeyri var”

“Türkiyə ilə əlaqələrin normallaşdırılması Ermənistan üçün çox əhəmiyyətlidir. Bu münasibətlər təkcə siyasi deyil, həm də iqtisadi imkanlarımızı artırmaq deməkdir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlər Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana məxsusdur.

O deyib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi, Azərbaycanla münasibətlərin tənzimlənməsindən ayrı tutulmalıdır.

Bu əlaqələrin hansı iqtisadi imkanlar aça biləcəyi barədə də danışan Qriqoryan qeyd edib ki, hazırda gündəmdə olan məsələ Qars-İrəvan dəmir yolunun açılmasından ibarətdir. “Qars-İrəvan dəmir yolu istifadəyə verilərsə, bundan həm də Türkiyə qazanmış olacaq”.

Onun sözlərinə görə, iqtisadi inkişaf bölgədə sabitlik və təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyətə malikdir. “İqtisadi infrastruktur təhlükəsizliyin təminatçılarından biridir”.

P.S. Görünən odur ki, ermənilər artıq reallıqları qəbul etməyə başlayıblar. Onlar anlayırlar ki, qonşularla müharibə vəziyyətində olmaq, davamlı olaraq torpaq iddalarında bulunmaq faydalı deyil. Üsütəlik, bu zaman-zaman müharibələrə gətirib çıxarır. Bir də bu müharibələrdən itirən yalnız Ermənistan olur. Lakin onların qəbul etmədiləri bir həqiqət daha var ki, Türkiyə ilə yarı, Azərbaycanla ayrıca münasibətlərin normallaşdırılması mümkün deyil. Bu proses kompleks həllini tapmalıdır. Zatən, Ankara və Bakı bunu birmənalı olaraq bəyan edib ki, məsləhətli şəkildə hərəkət edəcəklər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button