
Bu gün İranın paytaxtı Tehranda Qarabağdakı erməni separatçılarına dəstək üçün mitinq keçirilib. JAMAZ.İNFO xəbər verir ki, aksiyada 4000-dən çox erməni və iranlılar iştirak ediblər.
Aksiya iştirakçıları Laçın yolunun “açılması”nı tələb ediblər.
Maraqlı məqam isə odur ki, Tehranda keçirilən aksiyaya Qarabağ və Ermənistandan da nümayəndələr gedib. Belə ki, aksiyada Qarabağın “ombudsman”ı və “deputat”ı Geqam Stepanyan və Ermənistan parlamentinin üzvü Aspram Krpeyan da çıxış ediblər.
P.S. Öz azadlığı, yaşayışı üçün etiraz edən əhalisini gülləbaran edən İran molla rejiminin ermənilərə belə qucaq açması, onların aksiya keçirməsinə şərait yaratması nədən xəbər verir, aydındır. Özü də bu gün Tehrandakı səfirliyimizə silahlı hücum edildiyi bir vaxtda.