Ermənistanın “Ştigen” Şirkətlər Qrupu Qarabağda yeni layihəyə start verib. JAMAZ.İNFO xəbər verir ki, həmin layihə Xankəndidə hər bir ev üçün günəş enerjisi ilə işləyən su qızıdırcılarının quraşdırılmasından ibarətdir.
“Ştigen” şirkətinin rəhbəri Hayk Şekyan bildirib ki, ilkin olaraq bu məqsədlə Xankəndinə 12 ədəd günəş enerjisi ilə işləyən su qızdırıcısı göndərib. O deyib ki, məqsədi Qarabağın elektrik enerjisinə olan təlabatının öz hesabına formalaşdırlmasına çalışır. “Müharibədən qabaq Qarabağda 36 SES var idi. Hazırda onlardan cəmi 4-ü qalıb. Əgər müharibədən əvvəl Qarabağ elektrikə olan təminatını ödəyib, hətta Ermənistana da elektrik enerjisi verə bilirdisə, indi Qarabağdakı ermənilər özlərinin təlabatının heç yarısını ödəyə bilmirlər”.
Erməni şirkət rəhbəri bildirib ki, Xankəndinə göndərilən tutumu 300 litr olan su qızdırıcıları gündəlik 16 kVt/saat elektrikə qənaət edir. “Əgər Xankəndindəki 10 min ev və mənzildə günəş enerjisi ilə işləyən belə cihazlar quraşdırlarsa, o zaman ildə 58 milyon kVt/saat elektrik enerjisindən istifadə etmək mümkün olacaq. Bu da Sərsəng SES-nin 40-65 faiz enerjisinə qənaət deməkdir”.
Qeyd edək ki, hazırda Qarabağdakı ermənilər nəyin bahasına olursa olsun, Azərbaycanın tərkibinə birləşmək istəmirlər. Hazırda onların əsas problemlərindən biri də elektrik enerjisinə olan təlabatdır. Çünki Ermənistandan alınan elektrik belə qışda onların ehtiyaclarını qarşılamır. Həmçinin sabah Azərbaycanın Ermənistandan gələn elektrik enerjisini kəsə biləcəklərinə də əmindirlər. Ona görə də, maksimum dərəcədə özləri üçün alternativlər yaratmağa çalışırlar.
Lakin Xankəndində yaşayan ermənilər hər vasitəyə əl atsalar da, bunun heç bir xeyri olmayacaq. Onlar gec-tez Azərbaycanın qanunları altında yaşamalı olacaqlar.