GündəmManşet

Ermənilər Ordumuzun mövqelərini iki istiqamətdən atəşə tutub

Azərbaycan-Ermənistan sərhəddinin Kəlbəcər və Laçın rayonları istiqamətində vəziyyətin gərginləşdiyinə dair xəbərlər gəlir. JAMAZ.İNFO xəbər verir ki, bu gün səhər saatlarında Laçının Zərzəbil (Kut) və Kəlbəcərin Zod (Sotk) kəndləri istiqamətində atəş səsləri eşidilib.

Teleqram-kanallarının yaydığı məlumata görə, hər iki istiqamətdə Ermənistan ordusunun bölmələri Azərbaycan Ordusunun bölmələrinə atəş açıb. Məlumatı erməni tərəfi də təsdiqləyib. Belə ki, Geqamsar kəndinin icma rəhbəri Akop Avetyan bildirib ki, bölgədə vəziyyət gərgindir və intensiv olmasa da, atəş səsləri eşidilir. “Ermənistan tərəfi əsir götürülmüş əsgərlərini geri qaytarmağa çalışır”.

Zərzəbil kəndinin icra nümayəndəsi Sima Çitçiyan isə bildirib ki, erməni əsgərlərinin əsir götürülməsi onların kəndi istiqamətində baş verib. “Bu hadisə necə olub, bilmirik. Nə atəş səsləri eşidilib, nə də hadisənin necə baş verməsindən xəbərimiz olmayıb”.

Bu əsnada, Ermənistanın baş naziri Nikol Paşinyan da sərhəddə baş verənlərlə bağlı açıqlama verib. O deyib ki, erməni əsgərlərin əsir götürülməsi Ermənistan Respublikası ərazində insan oğurluğu hadisəsidir. “Erməni tərəf öz ərazisində azərbaycanlı hərbçilərin mövcudluğu ilə barışmayacaq”.

Onun sözlərinə görə, erməni hərbçilər əsir götürülən zaman xəbərdaredici nişanələr qoymaqla sərhəddə minalama işləri aparırdılar. “Minalama işi sərhəddə diversiyanın qarşısını almaq və təhlükəsizliyin dərəcəsinin artırmaq məqsədilə görülürdü. İnsident bizin ərazimizdə baş verib”.

Paşinyanın fikrincə, insidentin baş verməsinə səbəb odur ki, “kimsə bizim Azərbaycan hərbçilərinin ərazimizdə olmasıyla barışmağımızı istəyir, amma bu, baş verməyəcək”. “Bu, Ermənistan Respublikası ərazisinə birbaşa təhdiddir, bu problemin həlli üçün bütün beynəlxalq rıçaqları işə salmaq zəruridir. Azərbaycan tərəfinin digər məqsədi istənilən vasitəylə hərbi münaqişə yaratmaqdır. Ermənistan tərəf bu cəhdlərə yol verməyək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button