GündəmManşet

Ermənilər Kəlbəcəri atəşə tutub: MN İrəvana xəbərdarlıq etdi

“Ermənistan dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır”. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin iyunun 3-də yaydığı məlumatda bildirilir. 

Nazirliyin açıqlamasına görə, iyunun 2-si axşam saatlarından iyunun 3-ü gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini qumbaraatan və iri çaplı silahlardan da istifadə etməklə növbəti dəfə atəşə tutub.

Hazırda bütün istiqamətlərdə vəziyyətin nəzarət altında olduğu vurğulanıb.

“Ermənistan tərəfi öz ictimaiyyətinin diqqətini daxildə baş verən proseslərdən yayındırmaq məqsədilə iriçaplı silahlardan istifadə edərək dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır. Bildiririk ki, qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – deyə məlumatda qeyd olunub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button