Dünən Laçın və Kəlbəcər istiqamətində təxribat törədən Ermənistan tərəfi bu gün itkilərinin bir qismini açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi hazırda 14 əsgərinin öldüyünü təsdiqləyib.
Həmin məlumatda deyilir ki, Azərbaycan Ordusunun təxribatın qarşısı alan zaman 14 erməni əsgəri ölsə də, daha 24 əsgərdən xəbər ala bilmirlər. Bununla bağlı, onlar Azərbaycan tərəfinin nəzarətinə keçmiş ərazilərdə axtarış aparmaq istədiklərini və danışıqlar apardıqlarını da qeyd ediblər.
Paralel olaraq, erməni tərəfi iki əsas mövqeyini də itirdiyini açıqlayıb.