Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxarıldıqdan sonra sərhədlərlə bağlı məsələdə ciddi problemlər yaşamağa başlayıb. Buna səbəb isə Azərbaycanla sərhəddə yerləşən məntəqələrə istədikləri kimi, daxil olmaları və yaşayış məntəqələri qurmalarıdır.
JAMAZ.İNFO xəbər verir ki, Zəngilan və Qubadlı istiqamətində artıq hərbçilərimiz ermənilərə ərazilərimizi tərk etməyi əmr ediblər. Analoji durum Kəlbəcər rayonunda da yaşanmışdı. Xüsusən də Zod kəndində hərbçilərimiz erməni əsgərlərdən ərazini tərk etməyi tələb etmişdilər.
Qeyd edək ki, bununla bağlı Ermənistanda ciddi narazılıqlar yaranmağa başlayıb. Hətta vəziyyət kritik həddə çatıb. Bununla əlaqədar sərhəddə gələn Ermənistanın ombudsmanı yerdə vəziyyətlə tanış olub. Lakin o, tutarlı nəsə kömək edə biləcəyinə söz verməyib.
Bu əsnada, Ermənistan prezidenti Aram Sarkisyan Rusiya prezidenti Vladimir Putindən sərhədlərin müəyyən edilməsi üçün köməklik göstərməsini xahiş edib. Kreml isə bununla bağlı hər hansı bir açıqlama verməyib.
JAMAZ.İNFO xəbər verir ki, “Hrapark” qəzeti artıq iki gündür Kəlbəcərin Zod kəndi ətrafında yaşananalarla bağlı məlumatlar yayır. Daha doğrusu, İrəvan hökumətindən izahat istəyir. Belə ki, qəzet dərc etdiyi məqalədə Zoddakı qızıl yatağının aiqbətinin bəlli olmadığını, lakin gedişatın ermənilərin xeyrinə olmadığını vurğulayıb. “Yataqda işləyə əməkdaşları deyirlər ki, rus tərəfi Azərbaycanlıları bu ərazilərin ermənilərə məxsusu olduğuna inandıra bilməyib. Üstəlik, həmin ərazinin 70 faizinin Eermənistana məxsus olduğu da təsdiqlənməyib. 10 noyabrda imzalanmış sənədə əsasən də bu torpaqlar Azərbayana verilməlidir”.
Qəzet yazır ki, hazırda mədənin admnistrativ binası ermənilərin nəzarətində olsa da, yataqlar bütünlüklə Azərbaycanın nəzarəti altındadır. “Mədən bir neçə həftədir boşaldılıb. 950 işçidən yalnız, 100 nəfəri orda qala bilib. Onların da nə qədər müddətə qala biləcəyi məlum deyil”.