GündəmManşet

Erməni nazir: “Biz sülhü ona görə istəyirik ki, fəlakətə düçar olmayaq”

“Meqri dəmir yolu, həm də Ermənistan hakimiyyətinin regionda sülhü möhkəmləndirmək üçün həyata keçirdiyi “Sülh yollarının kəsişməsi” layihəsinin bir hissəsidir”.  JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.

O bildirib ki, Meğri dəmiryolunun yenidən işə salınması hər şey siyasi və diplomatik platformalarda həll olunanda baş verəcək. “Biz və qonşu dövlətlərimiz regionda sülhün təmin olunması, mövcud infrastrukturların işləməsi, yenilərinin tikilməsi üçün səy göstərməliyik. Ölkələr inkişafda bir-birini dəstəkləyə, bir-birinin infrastrukturundan istifadə edə, birgə yeni infrastrukturlar yarada bilər. Regionumuz elə bir yol ayrıcıdır ki, o, yükdaşıma baxımından bütün ölkələr üçün maraqlı ola bilər”.

Daha sonra erməni nazir Azərbaycanla münasibətlər və sülh sazişinə də toxunub. O deyib ki, indiyə qədər baş verənləri bir kənara qoymaq lazımdır. “Siz Ermənistan vətəndaşları kimi sülhə tələsmirsiniz? Biz tələsirik. Çünki biz sülhü ona görə istəyirik ki, fəlakətə düçar olmayaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button